Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-04-2025

Bakı Qızlar Universitetində “Baxıram, yoxsa görürəm?” adlı elmi seminar keçirildi

Bakı Qızlar Universitetində “Baxıram, yoxsa görürəm?” adlı elmi seminar keçirildi

23 aprel 2025-ci il tarixində Bakı Qızlar Universitetində “Psixologiya” kafedrasının təşkilati dəstəyi ilə “Baxıram, yoxsa görürəm?” adlı elmi seminar keçirildi.

  Seminarın məruzəçisi Türkiyə Cümhuriyyəti Mersin Universitetinin Fənn-Ədəbiyyat fakültəsinin Psixologiya ixtisası üzrə bakalavr, İstinye Universitetinin Klinik Psixologiya Proqramı üzrə magistr məzunu, hazırda Milli Hematologiya və Transfuziologiya İnstitutunun Psixodinamika Reabilitasiya Mərkəzində uzman klinik psixoloq kimi fəaliyyət göstərən Sevinc İbrahimzadə olub.

Sevinc İbrahimzadə məruzəsində Albert Ellisin Rasional Emosional Davranış Terapiyası (REBT) çərçivəsində kliyentin düşüncəsinə təsir etmə üsulları və ABC modeli əsasında hiss və duyğular arasındakı qarşılıqlı əlaqə barədə ətraflı məlumat verdi. O, elmi nəzəriyyələri praktik təcrübə və real terapiya nümunələri ilə əlaqələndirməklə auditoriyada böyük maraq və əks-əlaqə yaratdı.

Seminarda “Sosial-pedaqoji” fakültənin dekanı dosent İlahə Quliyeva, “Psixologiya” kafedrasının müdiri dosent Nurəngiz Rzayeva, Tədris şöbəsinin müdiri dosent Ulduz Qəzvini, eləcə də “Psixologiya” və “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə tələbələr iştirak etdilər.

Tədbirin sonunda “Psixologiya” kafedrasının müdiri dosent Nurəngiz Rzayeva məruzəçiyə təşəkkür edərək, tələbələrin bu kimi elmi mövzularla tanış olmasının onların bilik və dünyagörüşünün formalaşmasına böyük töhfə verdiyini xüsusi vurğuladı.

Digər xəbərlər

Bütün xəbərlər