05-06-2025
Bakı Qızlar Universitetinin tərbiyə işləri üzrə prorektoru, Azərbaycan dili və ədəbiyyatı kafedrasının baş müəllimi Aygün Cəfərovanın (Aygün Yaşar) yeni kitabı işıq üzü görüb. “Çağdaş Azərbaycanda ədəbi proses: Təhlillər və düşüncələr” adlı bu nəşrdə müəllifin son beş ildə müxtəlif qəzet, jurnal və elmi jurnallarda dərc olunmuş elmi-publisistik məqalələri toplanmışdır.
Ədəbi tənqid, publisistika və analitik yanaşmaları özündə birləşdirən bu əsər müasir Azərbaycan ədəbiyyatının inkişaf istiqamətlərinə dair maraqlı fikir və müşahidələrlə zəngindir.
Kitabın ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Rüstəm Kamaldır.
Bu kitab ədəbiyyatsevərlər, gənc tədqiqatçılar və Azərbaycan ədəbi düşüncə mühitinə maraq göstərən hər kəs üçün əhəmiyyətli bir vəsaitdir.
Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi
05-06-2025
02-06-2025
01-06-2025
29-05-2025