04-02-2025
2 Fevral – Gənclər Günü münasibətilə Nəsimi rayon İcra Hakimiyyətində bayram tədbiri keçirildi.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ali təhsil müəssisələrinin rəhbərləri, TGT sədrləri, istehsalat, elm, mədəniyyət sahəsi və təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və digər sahələrdə fərqlənən, müxtəlif nominasiyalar üzrə bir qrup gənc Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən təltif olunub. Təltif olunan gənclər arasında Bakı Qızlar Universitetinin TGT sədri Aydan Mahmudova, “Filologiya-tarix” fakültəsinin sədri Şəhla Zeynalova və “Sosial-pedaqoji” fakültənin sədri Səma Əsgərova da yer alıblar.
Tədbir istedadlı gənclərin iştirakı ilə konsert proqramı və çay süfrəsi ətrafında davam edib, sonda xatirə şəkilləri çəkdirilib.
04-02-2025
31-01-2025
30-01-2025
27-01-2025