23-10-2024
22 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə COP29-a həsr olunmuş tədbir keçirildi.
BQU Sosial- Pedaqoji fakültənin dekanı, dosent İlahə Quliyeva iqlim dəyişikliyinin səbəblərindən danışaraq, tələbələrə istixana qazlarının və nəqliyyat vasitələrinin atmosferə böyük miqdarda zərərli qazlar buraxdığı barədə məlumat verdi.
Yaşıl enerjidən istifadənin əhəmiyyətindən danışan dos.İ.Quliyeva çıxışında alternativ enerji mənbələrini (su elektrik stansiyaları, külək elektrik stansiyaları və s.) inkişaf etdirmək üçün ölkəmizdə potensial ehtiyatların olduğunu, bunlardan istifadənin gələcəkdə atmosferə karbon tullantılarının azaldılmasına kömək edəcəyini bildirdi.
Daha sonra tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova və “Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Elmira Kənan tələbələrə ekoloji tərbiyə və maairfləndirmə barəsində ətraflı məlumat verdilər. Çıxışlarda Xəzər dənizinin çirklənməsi ilə bağlı birgə mübarizə aparmağın vacibliyi vurğulandı.
Coğrafiya fakültəsinin ikinci kurs tələbəsi Firəngiz Süleymanova COP29 ilə bağlı təqdimat etdi. Təqdimatda “COP nədir?”, “COP tədbirləri niyə həyata keçirilir?”, “COP27 haqqında ”, “Azərbaycan və Yaşıl İqtisadiyyat”, “Net sıfır nədir?” ,“Kioto protokolu və Paris sazişi nədir?” kimi mövzulara toxunuldu.
Tədbirin sonunda iqlim dəyişikliyinə dair suallar ətrafında interaktiv müzakirələr aparıldı və xatirə şəkilləri çəkildi.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024