Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

03-12-2025

Bakı Qızlar Universitetində növbəti “Film Saatı” keçirildi

Bakı Qızlar Universitetində növbəti “Film Saatı” keçirildi

 2 dekabr 2025-ci il tarixində  Bakı Qızlar Universitetində “Tess of the d’Urbervilles” filmi üzrə növbəti müzakirə keçirildi

 Bakı Qızlar Universitetində təhsil alan tələbələrin ingilis dili bacarıqlarını inkişaf etdirməyə yönəlmiş növbəti film-sessiya təşkil olundu. Bu dəfə tələbələr dünya ədəbiyyatının klassik nümunələrindən biri olan “Tess of the d’Urbervilles” filminə baxdılar.

Ekran əsərində gənc bir qızın — Tessin həyat hekayəsi, onun qarşılaşdığı çətinliklər, sosial ədalətsizlik, taleyin ağır sınaqları və mübarizə ruhu əks olunur. Tələbələr film vasitəsilə həm ədəbi obrazların psixoloji xüsusiyyətlərini, həm də Viktoriya dövrünün sosial reallıqlarını müşahidə etmək imkanı əldə etdilər.

   Film nümayişindən sonra ingilis dilində sual-cavab və müzakirə sessiyası təşkil olundu. Tələbələr qəhrəmanın taleyi, ədalət anlayışı, seçim və məsuliyyət mövzuları ətrafında öz fikirlərini bölüşdülər.

Universitetdə keçirilən film-seansları tələbələrin həm dil bacarıqlarının, həm də analitik düşünmə və müzakirə qabiliyyətlərinin inkişafında mühüm rol oynayır və onların ədəbiyyata olan marağını daha da artırır.

 

Digər xəbərlər

Bütün xəbərlər