22-12-2025
Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimovanın sədrliyi ilə struktur bölmələrin rəhbərlərinin iştirakı ilə iclas keçirildi.
22 dekabr tarixində baş tutan iclasda 2025–2026-cı tədris ili payız semestrinin imtahan sessiyasına hazırlıq məsələləri müzakirə olundu. İclas zamanı tədris prosesinin vaxtında və keyfiyyətlə yekunlaşdırılması, imtahan biletlərinin yoxlanılaraq, təhvil verilməsi və onların vahid formada hazırlanması ilə bağlı tapşırıqlar verildi.
Tədris işləri üzrə prorektor, professor Hava Abdullayeva kafedralar qarşısında duran əsas tələbləri diqqətə çatdıraraq, digər kafedralarla əməkdaşlıq prinsiplərinə əməl olunmasının zəruriliyini vurğuladı. Eyni zamanda sərbəst işlərin və payız semestrinin imtahan sessiyasının normal, obyektiv və şəffaf şəkildə keçirilməsinin vacibliyi qeyd edildi.
İclasda imtahan sessiyasının normal və obyektiv keçirilməsi məqsədilə yaradılmış İmtahan Qərargahı və onun tərkibi haqqında ətraflı məlumat verildi.
22-12-2025
20-12-2025
19-12-2025
18-12-2025