Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

04-06-2026

BQU nümayəndəsi III Türk Dünyası Gənc Tədqiqatçılar Beynəlxalq Konfransında iştirak edib

BQU nümayəndəsi III Türk Dünyası Gənc Tədqiqatçılar Beynəlxalq Konfransında iştirak edib

Bakı Qızlar Universitetinin əməkdaşı Nuranə Əliyeva “Keçmişin irsi, gələcəyin inşası” mövzusuna həsr olunmuş III Türk Dünyası Gənc Tədqiqatçılar Beynəlxalq Konfransında iştirak edib.

10–13 may 2026-cı il tarixlərində keçirilən konfrans Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan başda olmaqla 22 ölkədən 156 universitet və qurumu təmsil edən 400-ə yaxın alim və tədqiqatçını bir araya gətirib. Tədbir çərçivəsində müxtəlif elm sahələri üzrə elmi müzakirələr aparılıb. Qeyd edək ki, Nuranə Əliyeva konfrans çərçivəsində keçirilən elmi sessiyalarda iclas sədri kimi çıxış edib.

Konfrans Türk dünyasında ortaq elmi düşüncənin formalaşdırılması, akademik əməkdaşlığın genişləndirilməsi və gənc tədqiqatçılar arasında əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm beynəlxalq platforma kimi qiymətləndirilib.

Digər xəbərlər

Bütün xəbərlər