24-06-2024
Nazirlər Kabinetinin müvafiq qərarı əsasında, ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydalarında yeniliklər tətbiq edilmişdir.
Yeni qaydalara əsasən, təcrübənin qiymətləndirmə üsul və meyarlarının hazırlanması və təcrübə komissiyasının yaradılması ali və orta ixtisas təhsili müəssisələrinin səlahiyyətinə verilmişdir.
Bakı Qızlar Universitetində də ixtisaslar üzrə Təcrübə Komissiyası yaradılmışdır.
2023/2024-cü il tədris ilində pedaqoji internaturanın yekun qiymətləndirilməsi üçün Təcrübə Komissiyasının qrafikinə əsasən 20, 21 və 22 iyun tarixlərində “İbtidai sinif müəllimiyi”, “Məktəbəqədər təhsil”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasları, 22 iyunda “Psixologiya”, 24, 25 və 27 iyun tarixlərində isə “Xarici dil (ingilis ) müəllimiyi”, “Tarix müəllimliyi” və “Təhsildə sosial-pedaqoji xidmət” ixtisasları üzrə qiymətləndirmə prosesinin keçirilməsi nəzərdə tutulmuşdur.
Hal-hazırda qiymətləndirmə prosesi davam edir.
Görüntüləri sizə təqdim edirik.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024