Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə

18-03-2024

“Kitab Diskussiya Klubu”nun növbəti kitab müzakirəsi

“Kitab Diskussiya Klubu”nun növbəti kitab müzakirəsi

 Bakı Qızlar Universitetində kitab həvəskarlarının ikinci görüşü baş tutdu. Bu dəfə “Kitab Diskussiya Klubu” üzvlərinin kitab seçimi görkəmli rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Spiridonoviç Petrovun  tanınmış publisistik əsəri olan “Ağ zanbaqlar ölkəsində” əsəri oldu.
    Müzakirə zamanı yazıçının Finlandiyanın timsalında geridə qalmış bir ölkənin   gerilikdən qurtulub necə çiçəklənməsi, sözügedən ölkənin xalqının  formalaşması üçün vacib olan amillər, təhsil və cəmiyyətə olan münasibət kimi məsələlərə toxunulub.
     Xatırladaq ki, “Kitab Diskussiya Klubu” iştirakçıları ilk görüşə 22 fevral 2024-cü il tarixində   görkəmli yazıçı-dramaturq Ağarəhim Rəhimovun “Duyğuların kabusu” əsəri ilə gəlmişdir.

Digər xəbərlər

Bütün xəbərlər