14-03-2024
14 mart 2024-cü il tarixində Bakı Qızlar Universitetində “Karyera planlaması ” mövzusunda təlim keçirildi.
Təlimdə tədris işləri üzrə prorektor prof. Hava Abdullayeva giriş nitqi ilə çıxış etdi. O, universitetdə yaradılmış karyera şöbəsi və onun fəaliyyət istiqamətləri haqqında tələbələrə məlumat verdikdən sonra sözü Karyera bölməsinin rəhbəri və mütəxəssisi Ləman Mustafazadəyə verdi. O, təqdimatında Karyera bölməsinin başlıca vəzifələrinin tələbələrin şəxsi inkişafına , karyera yüksəlişinə, həmçinin, məşğulluğun tənzimlənməsinə dəstək olmaq, onları peşəkar iş həyatına hazırlamaq və məzunlarla daima sağlam əlaqələri qorumaqdan ibarət olduğunu bildirdi.
Daha sonra Elektron Məlumatlar Sisteminin bölmə rəhbəri Səyalə İmanova çıxış edərək karyera yolunda uğur qazanmağın yolunun ilk öncə özünütanımadan, daha sonra isə fəaliyyət planının düzgün tərtib olunmasından keçdiyini tələbələrin diqqətinə çatdırdı. O, çıxışında fəaliyyət planının hazırlanması zamanı istifadə olunan üsul və vasitələrin əhəmiyyətini vurğulayaraq nitqini Antuan de Sent-Ekzüperinin “The Little Prince” – “Balaca şahzadə“ hekayəsindən bir sitatla bitirdi:
“A goal without a plan is just a wish”.
Plansız bir məqsəd sadəcə arzudur.
Ardınca Elektron Məlumatlar Sisteminin bölmə mütəxəssisi Xatirə Bəylərzadə “Əmək bazarı nədir və karyera planlamasında bazar araşdırması niyə lazımdır” mövzusunu əhatə edən təqdimatla çıxış etdi. O, əmək bazarı, həmçinin bu bazara daxil olan işaxtaran və işəgötürənlərin yeri haqqında məlumat verərək texnoloji yeniliklərin, demoqrafik dəyişikliklərin, urbanizasiya və qloballaşmanın əmək bazarına təsirindən söz açdı. Karyera planlaması zamanı əmək bazarının araşdırılmasının zəruriliyini qeyd etdi.
Təlimin sonunda tələbələri maraqlandıran suallara cavab verildi.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024