02-10-2024
28-30 sentyabr 2024-cü il tarixlərində Bakı Qızlar Universiteti Sosial-pedaqoji fakültəsinin “Pedaqogika” kafedrasının müəllimləri Nuranə Əliyeva və Fəridə Kazımlı "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) "Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması" layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı ilə ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün "Təhsildə İnklüzivlik: Müəllim hazırlığında müasir təhsil proqramları və yanaşmalar" mövzusunda keçirilən təlimdə iştirak ediblər.
Təlimin məqsədi ali və orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və bacarıqlarının artırılmasına dəstək olmaqdır.
Təlimin sonunda Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev BQU-nun “Pedaqogika” kafedrasının müəllimlərinə təlimdə fəal iştiraklarına görə təşəkkür edib və iştirakçılara sertifikatlar təqdim olunub.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024