11-11-2025
Bakı Qızlar Universitetində “Dəfnə” kulinariya klubunun növbəti layihəsi həyata keçirildi. Layihə çərçivəsində” Məktəbəqədər təhsil” ixtisası üzrə III kurs tələbələri müxtəlif salat və yeməklərin hazırlanması üzrə praktiki məşğələlərdə iştirak etdilər.
“Pedaqogika” kafedrasının dosenti Reyhan Hacızadənin rəhbərliyi ilə “Özünəxidmət, təsərrüfat - məişət əməyinin təşkili. Kulinariya işlərində davranış və etik qaydalar” mövzusu üzrə təşkil olunan məşğələdə tələbələr qida hazırlanmasının əsas mərhələlərini, məhsulların düzgün seçimi və təqdimat mədəniyyətini öyrəndilər. Gənclər hazırladıqları yeməkləri zövqlə bəzəyərək qrup şəklində təqdim etdilər.
Eyni zamanda tələbələr öz yaradıcılıqlarını nümayiş etdirərək müxtəlif əl işləri də hazırladılar.
Belə layihələr tələbələrin yaradıcı düşüncəsinin formalaşmasına, həm də kollektiv əmək və estetik zövq hissinin güclənməsinə şərait yaradır.
Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi
12-11-2025
11-11-2025
11-11-2025
10-11-2025