Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

01-06-2026

Bakı Qızlar Universitetində məzun gecəsi keçirilib

Bakı Qızlar Universitetində  məzun gecəsi keçirilib

26 may 2026-cı il tarixində Bakı Qızlar Universitetində 2026-cı il məzunları üçün təntənəli məzun gecəsi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Bakı Qızlar Universitetinin himni səsləndirilib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Sevinc Rəhimova məzunları bu əlamətdar gün münasibətilə təbrik edərək, onların gələcək həyat və peşə fəaliyyətlərində uğurlar qazanacaqlarına inandığını bildirib. Rektor tələbələrə universitetdə qazandıqları bilik və bacarıqları cəmiyyətin inkişafı naminə uğurla tətbiq etməyi arzulayıb.

Daha sonra tədris işləri üzrə prorektor, professor Hava Abdullayeva, tərbiyə işləri üzrə prorektor Aygün Yaşarova və “Filologiya-tarix” fakültəsinin dekanı  Səyalə İmanova çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıblar.

Tədbirin bədii hissəsində magistr və bakalavr pillələri üzrə İ-22, F-22, SP-22, T-22, P-22, C-22, R-22, XD-22, MQ-22 qruplarının tələbələri öz müəllimləri ilə birlikdə səhnəyə çıxaraq təqdimatlarını ediblər. Təqdimatlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Universitetin əməkdaşları çıxış edərək, məzunlara xoş arzularını çatdırıblar.

Məzun gecəsinə dəvət olunmuş müğənnilər Fikrət Məmmədov və Lalə Namazova öz ifaları ilə tədbirə xüsusi rəng qatıblar. Gecə tələbələrin birlik və həmrəylik rəmzi olan yallı rəqsi ilə davam edib.

Məzunlar müəllimlərinə və universitet rəhbərliyinə göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək yeni həyat mərhələsinə böyük ümid və inamla qədəm qoyduqlarını qeyd ediblər.

Digər xəbərlər

Bütün xəbərlər