24-12-2024
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) ilə Bakı Qızlar Univeristeti (BQU) arasında təlim xidmətlərinin göstərilməsinə dair bağlanmış müqavilə çərçivəsində universitetin təlimdə iştirak etmiş heyət üzvlərinə müvafiq sertifikatlar təqdim edilib.
Qeyd edək ki, 12-13 fevral 2024-cü il tarixlərində Bakı Qızlar Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən təlim xidmətinin göstərilməsinə dair imzalanmış əməkdaşlıq müqaviləsinə uyğun olaraq inzibati struktur rəhbərləri və akademik heyət üzvləri üçün daxili və xarici keyfiyyət təminatı mövzusunda iki günlük təlim təşkil edilmişdir.