Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

24-04-2025

BQU-da “Psixoloji korreksiyanın əsas istiqamətləri” mövzusunda uğurlu seminar dərsi keçirilib

BQU-da “Psixoloji korreksiyanın əsas istiqamətləri” mövzusunda uğurlu seminar dərsi keçirilib

18 aprel 2025-ci il tarixində Bakı Qızlar Universitetində “Psixologiya” kafedrasının təşkilati dəstəyi ilə “Baxıram, yoxsa görürəm?” adlı elmi seminar keçirildi.

Bakı Qızlar Universitetində “Sosial-pedaqoji” fakültənin “Məktəbəqədər təhsil” ixtisası üzrə MQ1-23 qrupunda Psixologiya kafedrasının baş müəllimi Jalə Məmmədovanın “Psixoloji xidmət və psixoloji praktikum” fənnindən açıq seminar dərsi keçirilib. Dərs “Psixoloji korreksiyanın əsas istiqamətləri” mövzusuna həsr olunub.

Seminar prosedur qaydalara uyğun olaraq davamiyyətin yoxlanılması ilə başlayıb, ardınca müəllim tərəfindən motivasiya mərhələsi həyata keçirilib. Dərs planına əsasən tələbələr beş qrupa bölünüb və hər bir qrupa spesifik tədqiqat sualları təqdim olunub. Tələbələr aktiv şəkildə təqdimatlara hazırlaşıb və qruplar daxilində birgə əməkdaşlıq şəraitində çıxışlarını həyata keçiriblər.

Aşağıdakı mövzular üzrə təqdimatlar təqdim edilib:

  1. Psixokorreksiyanın tarixi və əsas nəzəri aspektləri
  2. Hiperaktivlik
  3. Utancaqlıq və onun korreksiyası
  4. Qorxu problemi
  5. Ailədə və məktəbdə aparıla biləcək korreksiya işləri

Təqdimatlardan sonra sual-cavab və müzakirə mərhələsi təşkil olunub. Dərs diskussiya şəklində interaktiv formatda davam etdirilib və qiymətləndirmə mərhələsi ilə başa çatıb.

Seminarda universitet rəhbərliyi və “Psixologiya” kafedrasının müəllim heyəti iştirak edib. Dərs dinləmə mexanizmi əsasında dəyərləndirilib və ümumilikdə müsbət rəy verilib. Açıq dərs uğurla başa çatıb.

Digər xəbərlər

Bütün xəbərlər