Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

11-12-2025

Bakı Qızlar Universitetinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Bakı Qızlar Universitetinin nümayəndələri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 Dekabr – ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Bakı Qızlar Universitetinin Karyera Bölməsinin mütəxəssisi Aytac Zeynalova və MQ1-25 qrupunun tələbələri iştirak ediblər.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, millət vəkili Ziyad Səmədzadə və YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı müstəsna rol, həyat və dövlətçilik fəaliyyətinin əhəmiyyəti geniş şəkildə vurğulanıb.

Tədbir çərçivəsində Ulu Öndərin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib, onun xatirəsinə ithaf olunan musiqi nömrələri səsləndirilib.

Sonda tədbir iştirakçıları mövzu ilə bağlı fikir mübadiləsi aparıblar.

Digər xəbərlər

Bütün xəbərlər