10-03-2025
10 mart 2025-ci il tarixində “10 Mart – Milli Teatr Günü” münasibətilə Bakı Qızlar Universitetinin "Humay" Ədəbi Birliyinin üzvləri görkəmli Azərbaycan dramaturqu, ssenarist və yazıçı Ağarəhim Rəhimovla görüşüblər.
Görüş zamanı Ağarəhim Rəhimov gənc müəllifləri səmimi və mehribanlıqla qarşılayaraq onların suallarını ətraflı cavablandırıb. O, dramaturgiyada güclü ideyanın əhəmiyyətini vurğulayıb və qeyd edib ki, dram əsərlərində ziddiyyət, obrazların xarakterinin situasiya müstəvisində açılışı olduqca vacibdir.
Dramaturq yazıçının sahib olması gərəkən xüsusiyyətlərdən danışaraq müşahidə qabiliyyəti, insan psixologiyasına dərindən bələdlik, bədii dilin zənginliyi, ifadə sərrastlığı, emosional təsir qüvvəsi, həyatilik və bəşəri duyğuların önəmini xüsusi qeyd edib. O, yazıçılıq yolunun çətin və zəhmət tələb edən bir fəaliyyət olduğunu bildirərək bu yolda qələm götürən hər kəsin zirvəyə asanlıqla çata bilməyəcəyini vurğulayıb.
Sonda Ağarəhim Rəhimov "Humay" Ədəbi Birliyinin üzvlərinə sənətdə öz yollarını tapmağı və sənət zirvəsinə ucalmağı arzulayıb. Gənc istedadlar görkəmli dramaturqla görüşdən xoş təəssüratlarla ayrılıblar.
19-03-2025
19-03-2025
18-03-2025
14-03-2025