17-05-2025
Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə təhsil alan təcrübəçi tələbələri Mikayıl Müşfiq adına 18 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçiriblər. Tədbir zamanı tələbələr Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərini qeyd edərək, onun zəngin irsinin gənc nəsil üçün örnək olduğunu vurğulayıblar.
Tədbirdə şeirlər səsləndirilib, çıxışlar olub və Ulu Öndərin həyat və fəaliyyətinə dair videoçarx nümayiş etdirilib. Təcrübəçi tələbələrin bu təşəbbüsü pedaqoji fəaliyyətə hazırlıq baxımından da xüsusi əhəmiyyət kəsb edir.
05-06-2025
02-06-2025
01-06-2025
29-05-2025