21-06-2024
20 iyun 2024-cü il tarixində S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Azərbaycanda elm və təhsilə şagird baxışı" mövzusunda keçirilən IV Şagird Respublika elmi-praktik konfransı baş tutdu.
Konfransda bir çox rəsmi heyətin çıxışları ilə yanaşı, Bakı Qızlar Universitetinin dosenti, akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı da çıxış etdi. O, konfrans iştirakçılarının elmi potensialları ilə yanaşı, natiqlik qabiliyyətlərinin də üzə çıxarılmasında mühüm rol oynadığını bildirdi. S.Talıblı bu konfransın şagirdlərin həyatında dönüş nöqtəsi olacağını, onların sırasından gələcəyin alimləri və tədqiqatçılarının yetişəcəyini qonaqların diqqətinə çatdırdı.
Konfrans daha sonra öz işini “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Riyaziyyat”, “Fizika və astronomiya”, “Kimya-biologiya”, “Rəqəmsal bacarıqlar, STEAM”, “Coğrafiya”, “Estetik və fiziki tərbiyə”, “Xarici dillər” bölmələrində davam etdirdi.
Qeyd edək ki, “Xarici dillər” bölməsində ekspert qismində BQU-nun əməkdaşları “Filologiya -tarix “fakültəsinin dekanı Mirvari Akkoç, “Sosial -pedaqoji fakültənin dekanı, dosent İlahə Quliyeva, “Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi”nin rəhbəri Elmira Kənan və “Keyfiyyatin təminatı və monitorinq şöbəsi”nin rəbbəri Rəqsanə Məmmədova iştirak etdilər.
Konfransın yekununda əməkdaşlarımız sertifikatla təltif olundular.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024