Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

08-07-2025

Bakı Qızlar Universitetində magistr dissertasiyalarının müdafiəsi keçirilib

Bakı Qızlar Universitetində magistr dissertasiyalarının müdafiəsi keçirilib

01–04 iyul 2024-cü il tarixlərində Bakı Qızlar Universitetinin Sosial-pedaqoji fakültəsində 2024/2025-ci tədris ilini uğurla başa vurmuş magistrantların dissertasiya müdafiələri keçirildi.

Müdafiələr “İbtidai sinif müəllimliyi” ixtisası üzrə “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” (Mİ-23) və “Pedaqogika” ixtisası üzrə “Pedaqogika nəzəriyyəsi və tarixi” (MPN-23) ixtisaslaşmalarında təhsil alan magistrantların iştirakı ilə baş tutdu.

Dissertasiya işləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən yaradılmış İxtisaslaşdırılmış Şura qarşısında müdafiə olundu. “Pedaqogika nəzəriyyəsi və tarixi” ixtisaslaşması üzrə şuraya sədrliyi AR Təhsil İnstitutunun elmi katibi, pedaqoji elmlər doktoru, professor Akif Abbasov, “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisaslaşması üzrə isə sədrliyi BDU-nun “Pedaqogika” kafedrasının müdiri, pedaqoji elmlər doktoru, professor Ləzifə Qasımova həyata keçirdi.

Hər iki Şuranın sədr müavini Bakı Qızlar Universitetinin təsisçisi, pedaqoji elmlər doktoru, professor Ağarəhim Rəhimov idi.

Müdafiələr zamanı təqdim olunan elmi işlər yüksək elmi-nəzəri hazırlıq və praktiki əhəmiyyət baxımından Şura üzvləri tərəfindən müsbət qiymətləndirildi.

Bütün magistrantlarımızı təbrik edir, gələcək elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər

Bütün xəbərlər