19-03-2024
19 mart 2024-cu il tarixində Bakı Qızlar Universitetində xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə tədbir keçirildi.
Tələbə qızlarımızın ifasında Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatdılar.
Tədbirdə qonaq qismində iştirak edən Bakı Musiqi Akademiyasının tələbələri Lalə Namazova və Lamiə Əliyevanın çıxışları, BQU-nun rəqs dərnəyinin üzvlərinin "Arşın mal alan" operettasından nümayiş etdirdiyi parçalar tamaşaçılarda xoş ovqat yaratdı.
Şənliyin sonunda BQU-nu rektoru, prof. Sevinc Rəhimova milli birlik və həmrəylik rəmzi olan müqəddəs Torpaq çərşənbəsi və Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik etdi.
Çıxış zamanı prof.S.Rəhimova yaddaşlarda iz qoyan bu el bayramının tarixinin qədim köklərə gedib çıxdığını, həmçinin bayramın dövlət səviyyəsində yüksək səviyyədə qeyd olunduğunu bildirdi. Bir qalib xalq olaraq, Novruz bayramını Qarabağda da ürəkaçıqlığı və təntənə ilə qeyd etməyə bizə imkan yaradan şəhidlərimizi anaraq, onlara Allahdan rəhmət diləyib ailələrinə səbr, yaralı qazilərimizə cansaglığı arzu etdi.
Şənlik tələbələrin və Bahar qızının “Yallı “ rəqsi ilə başa çatdı.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024