Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

13-05-2024

BQU mütəmadi olaraq şəhid və qazi ailələri ilə görüşlər keçirir

BQU mütəmadi  olaraq şəhid və qazi ailələri ilə görüşlər keçirir

10.05.2024-cü il tarixində şəhid Zaur Mədətovun ailəsi ilə növbəti ziyarət təşkil edilib. Görüşdə şəhidin anası Raziyə xanım oğlu Zaur Mədətovun həyatı və döyüş yolu barədə tələbələrə danışaraq  Bakı Qızlar Universitetinin rəhbərliyinə və tələbələrinə ziyarətə görə təşəkkürünü bildirib. 

     Xatırladaq ki, Zaur Mədətov 1999-cu il noyabrın 16-da Sumqayıt şəhərində anadan olub. 2006-cı ildə Abşeron rayonunun ərazisində müvəqqəti yerləşən Qubadlı rayonunun Xanlıq kənd tam orta məktəbinə qəbul olub. Daha sonra təhsilini Nizami rayonunun 277 saylı tam orta məktəbdə davam etdirib. İdmanın cüdo növü ilə məşğul olub, daxili və beynəlxalq yarışlarda bir sıra uğurlara imza atıb.

Zaur Mədətov 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərindən sonra SHXÇDX-yə müraciət edib və sentyabr ayının  əvvəllərində döyüşlərə yollanıb.

   Azərbaycan Ordusunun əsgəri olan Zaur Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda  başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zaur Mədətov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərində  Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarının və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

    Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatları zamanı göstərdiyi şücaət və qəhrəmanlığa  görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Mədətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında baş əyirik!

Digər xəbərlər

Bütün xəbərlər