Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

19-12-2025

Bakı Qızlar Universitetində “Multikulturalizmə giriş” fənninin monitorinqi keçirilib

Bakı Qızlar Universitetində “Multikulturalizmə giriş” fənninin monitorinqi keçirilib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ölkəmizin ali təhsil müəssisələrində “Multikulturalizmə giriş” fənninin monitorinqinin həyata keçirilməsi məqsədilə Bakı Qızlar Universitetini ziyarət etdi.

Ziyarət çərçivəsində mərkəzin mütəxəssisi Tahirə Ələsgərova Bakı Qızlar Universitetinin “Sosial-pedaqoji” fakültənin “İbtidai sinif müəllimliyi” ixtisası üzrə İ-1-24 qrupunda “Multikulturalizmə giriş” fənnindən keçirilən seminar dərsini müşahidə etdi.

Dərs zamanı tələbələr yüksək idrak fəallığı nümayiş etdirərək, fənni tədris edən “Tarix” kafedrasının baş müəllimi Nuranə Huşiməndinin suallarını cavablandırdlar, eyni zamanda BBMM-in mütəxəssisi ilə mövzu ətrafında diskussiya apardılar.

Dərsin sonunda mərkəzin mütəxəssisi Tahirə Ələsgərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti haqqında ətraflı məlumat verərək tələbələri mərkəzin təşkil etdiyi tədbirlərdə fəal iştiraka dəvət etdi. Daha sonra tələbələr arasında anket sorğusu keçirildi.

Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Digər xəbərlər

Bütün xəbərlər