06-01-2025
06 yanvar 2025-ci il tarixində Bakı Qızlar Universitetində 2024/2025-ci tədris ilinin qış imtahan sessiyası başlayıb. İmtahanlar iki növbədə (bakalavriat və magistratura səviyyələri üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan -15:00-a dək) keçirilir.
Universitetin rektoru, professor Sevinc xanım Rəhimovanın müvafiq əmri ilə sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflığı təmin etmək və yekun imtahan nəticələrinin şifrələnməsi məqsədilə Operativ Qərargah və universitet üzrə Apelyasiya Komissiyası yaradılıb.
Sessiya fevralın 2-dək davam edəcək.