04-11-2024
31 oktyabr 2024-cü il tarixində Bakı Qızlar Universitetində TGT Kitab "Diskussiya" klubu yeni tədris ili üçün ilk debatını keçirdi. Klub üzvləri bu dəfə yazıçı, sosioloq və psixoloq Pərinuş Səniinin "Mənim payım" əsəri haqqında fikir mübadiləsi apardılar.
Sözügedən əsərin mövzusu ata və qardaşları tərəfindən üzünü görmədiyi oğlana zorla ərə verirlən 16 yaşlı Məsumənin həyatı ilə bağlıdır. Başqasını sevməsinə və ali təhsil almaq istəyinə baxmayaraq , Məsumə zorla ərə verilir. Məsumə hələ bilmirdi ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli adamdı. Sadə və dindar ailənin imanlı qızı ateistlərin, solçuların, inqilabçıların arasına düşür. Xoşbəxtlik anlamının hər insan üçün fərqli məna kəsb etdiyi nəticə olaraq oxucuları düşündürür. Diskussiyada klubun üzvləri Musayeva Fidan, Məmmədova Zəhra, Mürsəliyeva Əsli, Talıblı Nurcan, Əhmədova İzzət, Orucova Aygün, Əkbərova Röya, Məmmədzadə Rüqəyyə və Həsənli Həmidə "Mənim payım" əsərində təsvir olunan İran qadınının həyatı, ailədə, cəmiyyətdə ona olan münasibət və ideya-bədii xüsusiyyətləri ilə bağlı maraqlı fikirlərini bölüşdülər.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024