08-12-2025
06 dekabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində tələbələrin danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə Conversation Club fəaliyyətə başladı. Klubun ilk görüşü “Xarici dillər” kafedrasının müdiri professor Çingiz Qaraşarlı və kafedranın baş müəllimi Elmira Kənanın iştirakı ilə keçirildi.
Görüş zamanı tələbələr “Qadın hüquqları” mövzusu ətrafında geniş müzakirə apardılar. Diskussiya çərçivəsində gender bərabərliyi, qadınların təhsil və sosial həyatda rolu, beynəlxalq hüquqi prinsiplər və müasir cəmiyyətlərdə qadın hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
Tədbir interaktiv formatda təşkil olundu, tələbələr ingilis dilində sərbəst şəkildə fikir bildirmək və debat aparmaq imkanı əldə etdilər. Ç. Qaraşarlı və E. Kənan mövzu üzrə sualları cavablandıraraq, tələbələrə doğru mühakimə, arqument qurmaq və müzakirə mədəniyyəti üzrə praktik tövsiyələr verdilər.
Conversation Club-un məqsədi tələbələr üçün dil mühitinin formalaşdırılması, ünsiyyət bacarıqlarının artırılması, qlobal mövzular üzrə intelektual müzakirələrə şərait yaratmaqdır. Klubun görüşlərinin mütəmadi şəkildə təşkili planlaşdırılır.
08-12-2025
08-12-2025
05-12-2025
04-12-2025