Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

18-12-2024

Azərbaycan ədəbiyyatı ilə Təbiət arasında körpü

Azərbaycan ədəbiyyatı ilə  Təbiət arasında körpü

  16 dekabr 2024-cü il tarixində BQU TGT  və TEC-in təşkilatçılığı ilə "Azərbaycan ədəbiyyatı və Təbiət" adlı tədbir keçirildi. Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirdi.

  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra universitetin rektoru, prof. Sevinc Rəhimova açılış nitqi ilə çıxış edərək, tədbirin əhəmiyyətini vurğuladı və qeyd etdi: "Azərbaycan təbiətinin zənginlikləri hər zaman ədəbiyyatımızın ilham mənbəyi olmuşdur. Təbiətin gözəllikləri xalqımızın mədəni irsində və poeziyada öz əksini tapmışdır. Bu gün tələbələrimizin təqdimatında bu bağlılığı bir daha müşahidə edəcəyik."

      Daha sonra “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiri, dosent Yeganə Hacıyeva çıxış edərək, təbiətin ictimai həyatla əlaqəsini və şəxsiyyətin formalaşmasındakı rolunu iştirakçıların diqqətinə çatdırdı. Sosial-pedaqoji fakültənin dekanı, dosent İlaha Quliyeva isə böyük şair Musa Yaqub , Məmməd Arazın əsərlərindəki təbiət mövzusuna toxunaraq, münasibət bildirdi. Tələbələrin təbiət mövzularında çıxışlarından sonra, Xurşudbanu Natəvanın “Qərənfil”, Zəlimxan Yaqubun “Təbiət Allahın şah əsəridir”, Aşıq Ələsgərin "Dağlar" və Dirili Qurbaninin "Bənövşə" şeirləri səsləndirildi.  "Uzundərə" rəqsi və "Xarıbülbül" mövzusunda hazırlanan səhnəcik, həmçinin “Alma almaya bənzər” filmindən bir fraqment iştirakçıların xüsusi marağına səbəb oldu.

   Tədbir boyunca tələbələrdən biri sulu boya ilə təbiət mövzusunda rəsm əsəri çəkməyə başladı. Tədbirin sonunda tamamlanan bu sənət əsəri Nəsimi Rayon İcra Hakimiyyətinin birinci müavini Gülarə Verdiyevaya xatirə hədiyyəsi olaraq təqdim edildi.  Sonda universitetin xor kollektivinin xalq mahnılarından ibarət musiqi kompozisiyası ilə tədbir yekunlaşdı.

   Tədbirin sonunda  Gülarə xanım  Verdiyeva Azərbaycan ədəbiyyatı ilə təbiət arasındakı sıx əlaqəni bir daha vurğuladı və belə faydalı, maraqlı tədbir təşkil etdikləri üçün universitet rəhbərliyinə və tələbələrə təşəkkürünü bildirdi

Təbiət və ədəbiyyatın birliyini qorumaq məqsədilə təşkil olunan bu tədbir xatirə şəkillərinin çəkilməsi ilə sona çatdı.

Digər xəbərlər

Bütün xəbərlər