09-12-2024
Türkiyə Maarif Vəqfi tərəfindən təşkil edilən və təhsil sahəsindəki beynəlxalq fəaliyyətləri və töhfələri ilə tanınan qurum nümayəndələri və bu sahədə tanınan ekspertlərin görüşmə nöqtəsi olan İstanbul Təhsil Zirvəsi bu il 6-7 dekabr 2024-cü il tarixlərində "Bərabər və daha ədalətli cəmiyyət və davamlı gələcək üçün təhsil" mövzusu ilə keçirilmişdir.
İstanbul Təhsil Zirvəsi dünyanın hər yerindən iştirakçıları bir araya gətirir və qlobal təcrübələrin mübadiləsinə şərait yaradır.
İlk olaraq, Türkiyə prezidenti R.T.Ərdoğanın göndərdiyi mesaj onlayn olaraq keçirilən IV İstanbul Təhsil Zirvəsində oxunub. Daha sonra Türkiyənin milli təhsil naziri Yusuf Tekinin videomüraciəti dinlənilib.
Təhsil Zirvəsinin açılışında çıxış edən Türkiyə Maarif Vəqfinin prezidenti
Prof. Dr. Birol Akgün bildirib ki, sammitin əsas mövzusu təhsil, ədalət, bərabərlik, mərhəmət və qlobal sülhü təşviq etmək üçün güclü bir vasitə ola bilər.
Daha sonra proqram çərçivəsində müxtəlif ölkələrin təhsil nazirlərinin qatıldığı yüksək səviyyəli sessiya ilə yanaşı, “Sosial ədalət və təhsil”, “Yeni və davamlı məktəb mədəniyyəti”, “Dövlət və təhsil münasibətlərinin yenidən düşünülməsi” mövzularında panellər keçirilmişdir.
Bakı Qızlar Universiteti “Tarix” kafedrasının baş müəllimi Tural Vəlizadə də IV İstanbul Təhsil Zirvəsində iştirak etmişdir. İki gün davam edən Zirvənin yekununda müəllimimizə Türkiyə Maarif Vəqfi tərəfindən IV İstanbul Təhsil Zirvəsinin sertifikatı təqdim olunmuşdur.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024