10-11-2025
06 noyabr 2025-ci il tarixində Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Nizami Kino Mərkəzində “Zəfər Bayrağı altında Zəfərdən–Zəfərlərə!” adlı tədbir keçirildi.
Xalqımızın şanlı Vətən müharibəsində qazandığı tarixi Qələbənin 5-ci ildönümü münasibətilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, şəhid ailələri, qazilər, gənclər təşkilatlarının üzvləri və ali təhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.
Bakı Qızlar Universitetinin Tələbə Gənclər Təşkilatının kollektivi də tədbirdə fəal iştirak etdi. Tədbir çərçivəsində Vətən müharibəsi qəhrəmanlarının igidliyindən bəhs edən videoçarxlar nümayiş etdirildi, qaliblərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olundu.
10-11-2025
05-11-2025
30-10-2025
17-10-2025