14-06-2024
14 iyun 2024-cü il tarixində Bakı Qızlar Universitetində İKT sahəsində bilik və bacarıqların artırılması, təhsil sistemində İKT-dən istifadəyə dair biliklərin genişləndirilməsi məqsədilə BQU-nun pedaqoji heyəti və IV kurs tələbələri üçün təlim keçirildi.
Təlimdə BQU Kompüter Mərkəzinin direktoru Rəşad Mehdiyev pedaqoji təcrübə rəhbəri Sədaqət Əliyeva iştirak etdilər.
Çıxış zamanı təhsildə İKT-nin tətbiqi məsələlərinin aktuallığı, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulmasının vacibliyi vurğulandı.
Təlim zamanı müəllim və tələbələrə ofis proqramları, gələcək pedaqoji fəaliyyətdə İKT-dən istifadə imkanları barədə nəzəri və praktiki məlumatlar verildi.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırıldı.
21-12-2024
21-12-2024
20-12-2024
18-12-2024