Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

14-03-2025

Bakı Qızlar Universitetinin Psixologiya Kafedrasının müəllimləri pedaqoji təcrübədə fəal iştirak ediblər

Bakı Qızlar Universitetinin Psixologiya Kafedrasının müəllimləri pedaqoji təcrübədə fəal iştirak ediblər

Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının müdiri Nurəngiz Rzayeva, təcrübə rəhbəri Sədaqət Əliyeva, tədris şöbəsinin müdiri, psixoloq Ulduz Qazvini, dos. Ramil Mirzəyev, baş müəllimlər Yeganə Mikayılova, Nigar Məmmədova, Gülər Hüseynova və digər psixoloqlar  pedaqoji təcrübədə müntəzəm olaraq  iştirak edirlər.

 Səfər çərçivəsində müəllimlər pedaqoji təcrübə keçən tələbələrin fəaliyyətini müşahidə edərək onların dərslərində iştirak etmiş, tədris prosesini qiymətləndirmiş və lazımi tövsiyələr veriblər. Müəllimlər tələbələrin peşəkar inkişafına dəstək olmaq məqsədilə onların dərs metodlarını təhlil edərək praktik bacarıqlarını artırmaları üçün vacib məqamları vurğulayıblar.

Pedaqoji təcrübənin tələbələrin gələcək müəllimlik fəaliyyətində mühüm rol oynadığı qeyd edən metodistlər  onların nəzəri biliklərinin praktikada tətbiqinin əhəmiyyətini  xüsusi vurğulayıblar. Təcrübə müddətində müəllim və tələbələr arasında müzakirələr aparılıb, yaranan çətinliklərin həlli yolları müzakirə edilib.

  Bakı Qızlar Universitetinin “Psixologiya” kafedrasının müəllimləri bu cür təcrübələrin tələbələrin peşəkar hazırlığı üçün əhəmiyyətini vurğulayaraq, gələcəkdə də bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

Digər xəbərlər

Bütün xəbərlər