31-03-2026
Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Unudulmaz faciə – 31 mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən qırğınlar barədə məlumat verilib, faciənin tarixi əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, dəyirmi masada Bakı Qızlar Universitetinin “Tarix “ kafedrasının əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent, Quba "Soyqırımı Memorial Kompleksi" nin mütəxəssisi Sübhan Talıblı və universitetin baş müəllimi, BDU-nun doktorantı Tural Vəlizadə iştirak edərək çıxış ediblər.