07-05-2026
İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda tədbir təşkil edilib. Tədbir Bakı Qızlar Universiteti və gimnaziyanın 7A1 sinfinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Bakı Qızlar Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosenti və metodisti, AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü çıxış edərək Ulu Öndərin ana dilimizin qorunması, inkişafı və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətlərindən bəhs edib. Bildirilib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Bakı Qızlar Universitetinin Filologiya-tarix fakültəsinin IV kurs tələbələri Qəmzə Abbasova, Nurcan Mehtiyeva, Məleykə Babayeva, Aytən Cəfərli və Sənubər Məmmədova “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” və “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzularında çıxış ediblər.
Tədbirin bədii hissəsində şagirdlər tərəfindən ana dilimizə və vətənpərvərliyə həsr olunmuş şeirlər səsləndirilib.