27-04-2024
27 aprel 2024-cü il tarixində Bakı Qızlar Univeristetinin “Pedaqogika” kafedrasının baş müəllimi Kazımlı Fəridə tədris etdiyi “Etnopedaqogika” fənninin “Xalqın estetik baxışları” mövzusu ilə əlaqədar “İbtidai sinif müəllimliyi” ixtisası üzrə İ-21 qrupunun tələbələri ilə birlikdə “Azərbaycan Milli Xalça muzeyi” ni ziyarət etdilər.
Bu muzey xalça ustalarının əməyinin dəyərini bilmək, həmçinin bu ənənəni gələcək nəsillərə ötürmək məqsədi ilə fəaliyyət göstərir. Eyni zamanda xalça sənətinin texnologiyalarını və incəliklərini təsəvvür etməyə kömək etməklə yanaşı, Azərbaycanın zəngin mədəni irsinin bir hissəsi kimi onu qoruyaraq təbliğ edir.
Tələbələrin Xalça muzeyinə ziyarətinin əsas məqsədi Azərbaycan xalça sənətinin yaranma tarixini, mədəniyyətini öyrənmək və muzeyin kolleksiyaları ilə tanış olmaqdır.
Qədim dövrlərdən bu günə qədər qorunub saxlanmış milli xalça nümunələri ilə tanış olan tələbələr xalçaların toxunma prosesini maraqla izlədilər, milli tikmə, bədii metal və geyim nümunələri ilə bağlı ətraflı məlumat əldə etdilər.
Sonda tələbələr öz xoş təəssüratlarını rəy dəftərində qeyd etdilər.
09-10-2024
09-10-2024
09-10-2024
07-10-2024