Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

26-10-2024

Bu gün BQU-nun qurucusu professor Ağarəhim Rəhimovun doğum günüdür

Bu gün BQU-nun qurucusu professor Ağarəhim Rəhimovun doğum günüdür

  Bu gün, Bakı Qızlar Universitetinin qurucusu, dəyərli yazıçı-dramaturq, görkəmli alim,  pedaqoq və professor Ağarəhim Rəhimovun doğum günüdür.

   Ağarəhim Rəhimov yaradıcılığı, yüksək təhsil prinsipləri və geniş dünyagörüşü ilə Azərbaycanın mədəni və təhsil sahələrində iz qoymuş böyük bir şəxsiyyətdir. Onun dərin biliyi və zəhməti sayəsində Bakı Qızlar Universiteti ölkəmizin nüfuzlu təhsil ocaqlarının  birinə çevrilmişdir. Müəllim kimi yalnız bilik öyrətməklə kifayətlənməyərək, eyni zamanda gənclərdə yüksək əxlaqi dəyərlərin formalaşmasına böyük əhəmiyyət vermiş, onların gələcək uğurlarına təsir göstərmişdir.

       Bakı Qızlar Universitetinin rəhbərliyi və kollektivi adından, hörmətli professorumuz Ağarəhim Rəhimovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və gələcək işlərində uğurlar diləyirik. 

Doğum gününüz mübarək!

 

Digər xəbərlər

Bütün xəbərlər