06-04-2026
Yağışlı hava şəraitinə baxmayaraq, paytaxtın müxtəlif ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrində, o cümlədən 36, 42, 47 və 18 nömrəli orta məktəblər, İ.Əfəndiyev adına Elitar gimnaziya, eləcə də 182, 134, 132 və 76 saylı bağçalarda pedaqoji təcrübəçi tələbələrin fəaliyyəti davam edir. Dərslər dinlənilir, müəllimlər tərəfindən müşahidələr aparılır və tələbələrə metodiki tövsiyələr verilir. Təcrübəçilər qazandıqları bilik və bacarıqları praktik olaraq tətbiq etməyə davam edirlər.
06-04-2026
06-04-2026
31-03-2026
31-03-2026