24-01-2026
Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının əməkdaşlarının və AMEA Nəsimi adına Dilçilik İnstitutunun alimlərinin birgə müəllifliyi ilə hazırlanmış “Müasir türk dillərinin ikidilli lüğəti” adlı elmi nəşr çap olunub.
Dilçilik elminə, tərcümə sahəsinə və türk dillərinin müqayisəli tədqiqinə dəyərli töhfə olan bu lüğət qohum dillər arasında elmi əlaqələrin möhkəmləndirilməsinə, leksikoqrafiya sahəsində təcrübənin zənginləşdirilməsinə xidmət edir.
Qeyd edək ki, nəşrin müəllifləri sırasında Bakı Qızlar Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru İsmayıl Kazımov və dosent Təranə Şükürlü də yer alır. “Tatarca-Azərbaycanca lüğət” İsmayıl Kazımov, “Azərbaycanca-özbəkcə lüğət” və “Özbəkcə-Azərbaycanca lüğət” Təranə Şükürlü tərəfindən hazırlanıb.
Bu münasibətlə hörmətli həmkarlarımızı professor İsmayıl Kazımovu və dosent Təranə Şükürlünü, digər müəllifləri ürəkdən təbrik edir, onlara gələcək elmi və yaradıcılıq fəaliyyətlərində yeni uğurlar arzulayırıq.