12-11-2025
Bu gün müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ölkəmizin ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin suverenliyini, demokratik və hüquqi əsaslarını təsbit edən ən ali qanunverici sənəddir.
Bu mühüm tarix xalqımızın dövlətçilik iradəsinin, hüquqi və vətəndaş cəmiyyətinin formalaşmasının rəmzidir.
12-11-2025
11-11-2025
11-11-2025
10-11-2025