Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

19-12-2025

Bakı Qızlar Universitetində “Karyerada növbəti addımlar” mövzusunda interaktiv seminar keçirilib

Bakı Qızlar Universitetində “Karyerada növbəti addımlar” mövzusunda interaktiv seminar keçirilib

   18 dekabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində Karyera bölməsinin təşkilatçılığı ilə “Sənin yolun: Peşə və uğur” adlı interaktiv seminar keçirildi. 

Seminarda  Bakı Qızlar Universitetinin “Karyera” bölməsinin mütəxəssisi Aytaç zeynalova çıxış edərək, karyera inkişafının əsas mərhələləri barədə ətraflı məlumat verdi. Çıxış zamanı özünü tanıma, şəxsi dəyərlərin müəyyənləşdirilməsi, bacarıq və biliklərin düzgün qiymətləndirilməsi, eləcə də müasir karyera texnikalarının tətbiqi məsələlərini diqqətə çatdırdı.

Eyni zamanda, spiker tərəfindən zalda interaktiv sorğu-sual formatında müzakirə aparıldı. Bu çərçivədə iştirakçılara “özünü gələcəkdə harada görmək istəyirsən?”, “seçdiyin peşədən razısanmı?” və “əmək bazarı nə deməkdir?” kimi suallar ünvanlandı. Sorğu zamanı tələbələrin fikirləri dinlənildi və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparıldı.

   Tədbirdə həmçinin nitq mədəniyyəti, şəxsi brendinq, effektiv CV və istək məktubunun hazırlanması, karyera planlaması, uğurlu müsahibə strategiyaları, eləcə də əmək bazarının analizi barədə ətraflı məlumat verildi.

Maarifləndirici seminar tələbələrin peşəkar inkişafına dəstək olmaq, onların əmək bazarına daha hazırlıqlı şəkildə çıxmalarını təmin etmək və gələcək karyera seçimlərini məqsədyönlü şəkildə formalaşdırmaq baxımından əhəmiyyətli oldu.

 



Digər konfranslar

Bütün konfranslar