Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

05-12-2025

Bakı Qızlar Universitetində “Humay” Ədəbi Birliyinin növbəti görüşü keçirildi

Bakı Qızlar Universitetində “Humay” Ədəbi Birliyinin növbəti  görüşü keçirildi

28 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində “Humay” Ədəbi Birliyinin görüşü baş tutdu.

Görüşdə Birliyin üzvləri – Zəhraxanım Ağaverdiyeva, Fəxriyyə Cəfərova, Ruqiyyə Kişiyeva, Fatimə Məhərrəmova, Nərmin Kərimova, Nəzakət Vəliyeva, Rəvanə Ələsgərova, Aysel Abdullayeva, Nərmin Əliyeva və Aysel Məhərrəmzadə iştirak etdilər.

    Tədbir çərçivəsində tələbələr yaradıcılıq nümunələrini təqdim ediblər. F. Cəfərova “Kilidli siyirmənin hekayəsi”, N. Vəliyeva “Tısbağa və Dəniz ulduzu”, R. Kişiyeva “Şəhid Elqas Əliyevin qəhrəmanlıq və həyat hekayəsi” adlı hekayələrini, A. Məhərrəmzadə “Zəfər günü”, A. Səttərova “Baxma soyuq olduğuma”, R. Ələsgərova “Gözləyən ürək” və “Ağ bayraq”, A. Abdullayeva “Yarım qalib” və “Buraxın məni”, N. Əliyeva isə “Qəribə həyat” adlı şeirlərini təqdim etdilər.

      Səsləndirilən bədii nümunələr üzvlər tərəfindən məzmun, forma və yaradıcılıq prosesi əsasında müzakirə olundu.

Ədəbi görüşdə iştirak edən “Azərbaycan dili və ədəbiyyat” kafedrasının baş müəllimi Aygün Cəfərova gənc yazarlara yaradıcılıq istiqamətində tövsiyələr verərək, onların əsərlərinin bədii dəyərini artırmaq üçün məsləhətlərini bölüşdü.

 

Digər xəbərlər

Bütün xəbərlər