04-12-2025
Bakı Qızlar Universitetində “İbtidai siniflərdə texnologiya və onun tədrisi metodikası” fənni çərçivəsində “Məişətdə kulinariya bacarıqlarının təşkili” mövzusunda praktiki dərs təşkil olundu.
Dərs “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan İ-22 qrupunun iştirakı ilə keçirildi. Mövzuya dair dərsi universitetin dosenti Reyhan Hacızadə apardı.
Tədris prosesində tələbələrə məişətdə qida hazırlanmasının əsas mərhələləri, uşaqlarda kulinariya bacarıqlarının formalaşdırılması, gigiyena qaydaları və təhlükəsizlik prinsipləri haqqında məlumat verildi.
04-12-2025
04-12-2025
04-12-2025
03-12-2025