Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

23-04-2025

Bakı Qızlar Universitetində məqalə müsabiqəsi keçirildi

Bakı Qızlar Universitetində məqalə müsabiqəsi keçirildi

Bakı Qızlar Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə müxtəlif ixtisas istiqamətləri üzrə tələbələr arasında məqalə müsabiqəsi keçirilmişdir. Müsabiqədə Filologiya, Psixologiya, Coğrafiya, Tarix, Xarici dillər və Riyaziyyat sahələrini əhatə edən elmi məqalələr təqdim olunmuşdur.

Müsabiqənin nəticələrinə əsasən, aşağıdakı tələbələr qalib elan olunmuşdur:

  1. Məmmədova Ləman, F2-23 – "Azərbaycan ədəbiyyatında Araz motivi" (Ədəbiyyat üzrə)
  2. Xudaşlı Ləman İlqar qızı, İ1-23 – "İbtidai siniflərdə Azərbaycan dilindən əsas bölmələrin tədrisi" (Azərbaycan dili üzrə)
  3. Həsənova Həmidə Zakir qızı, MQ1-23 – "Ailədə valideyn-övlad münasibətlərinin psixologiyası" (Psixologiya üzrə)
  4. Sadiqzadə Mələkya, C-22 – "Rekreasiya nə deməkdir?" (Coğrafiya üzrə)
  5. Ağca Tağızadə Akif qızı, Sp2-23 – "Münasibətlərdə etnik stereotiplərin rolu" (Psixologiya üzrə)
  6. Süleymanova Firəngiz Valeh qızı, C-23 – "Türkün əbədi izi" (Tarix üzrə)
  7. Baxşəliyeva Şəhanə Camal qızı, XD2-23 – "İngilis dilində fransız mənşəli sözlərin sinonimliyi" (Xarici dil üzrə)

Qalibləri bu uğurları münasibətilə səmimi qəlbdən təbrik edir, müsabiqədə iştirak edən bütün tələbələrə təşəkkürümüzü bildiririk. Unutmayaq ki, hər bir elmi təşəbbüs böyük uğurların başlanğıcıdır.

 

Digər xəbərlər

Bütün xəbərlər