Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

04-12-2025

Bakı Qızlar Universitetində “İçimizdəki səsin gücü: Ego və Mən” mövzusunda tədbir keçirilib

Bakı Qızlar Universitetində “İçimizdəki səsin gücü: Ego və Mən” mövzusunda tədbir keçirilib

Bakı Qızlar Universitetində insan şəxsiyyətinin formalaşmasında “ego” və “mən” anlayışlarının rolu ilə bağlı elmi-tədris tədbiri təşkil olundu. Tədbirdə universitet rəhbərliyi, müəllim heyəti və tələbələr iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Giriş nitqləri ilə çıxış edən aparıcılar Səadət Həsənova  və Aida  Şirinova müasir psixologiyada “ego” və “mən” anlayışlarının insan kimliyinin qurulmasında xüsusi yeri olduğunu vurğuladılar.

İlk olaraq, tədbirdə söz universitetin rektoru, professor Sevinc Rəhimovaya verildi. Rektor mövzunun tələbə gənclərin şəxsiyyət inkişafı baxımından əhəmiyyətindən danışdı.

Sonrakı çıxışlarda psixologiya üzrə fəlsəfə doktoru, dosent Ramil Mirzəyev “Mən” anlayışının şəxsiyyətin formalaşmasında rolu barədə elmi fikirlərini bölüşdü. “Psixologiya”  kafedrasının baş müəllimi Nərmin Abdullayeva isə “Ego və Mən”in ailə münasibətlərində və uşağın psixoloji inkişafında necə təzahür etdiyini izah etdi.

Tədbir çərçivəsində mövzuya dair videoçarx nümayiş olundu, daha sonra tələbələrin iştirakı ilə hazırlanan səhnəcikdə id, ego və supereqo modelləri vasitəsilə şəxsiyyət strukturunun praktik izahı təqdim olundu. Auditoriya ilə interaktiv sual-cavab və müzakirələr keçirildi.

Ardınca  P-23 qrupunun tələbəsi Ağazadə Fatimə “Ego nədir?”, Filologiya-Tarix fakültəsinin sədri Cəfərli Fəxriyyə isə “Mən” anlayışının mahiyyəti mövzularını tələbələrə təqdim etdilər.

   Sonda aparıcılar tədbirin insanın daxili dünyasının dərkində mühüm rol oynadığını vurğulayaraq, iştirakçılara təşəkkür etdilər.

 

Digər xəbərlər

Bütün xəbərlər