16-12-2024
05 dekabr 2024-cü il tarixində Qərbi Azərbaycan icmasının “QAYİDİŞ HÜQUQU: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi “ mövzusunda II beynəlxalq konfransı keçirilmişdir. Konfransda 51 ölkədən, o cümlədən Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya, Çindən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi tədbirdə müxtəlif panel sessiyaları keçirilmişdir.
Bakı Qızlar Universitetinin “Pedaqogika” kafedrasının müdiri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, icmanın Binəqədi rayon üzrə nümayəndəsi, professor Həsən Bayramov da konfransda iştirak etmişdir.
29-12-2024
25-12-2024
24-12-2024
24-12-2024