03-12-2025
2 dekabr 2025-ci il tarixində BQU-da universitetimizin məzunu, "Yuvam" körpələr evinin tərbiyəçi-müəllimi, Youth Support Academy platformasınının təlimçisi, pedaqoq Fəridə Poladxanlının təqdimatında “Təlimdə Nağıl Terapiyasının Əhəmiyyəti” mövzusunda əyani təlim təşkil olundu.
Təlim zamanı müasir təhsildə nağıl terapiyasının uşaqların nitq inkişafına, emosional tənzimlənməyə və öyrənmə motivasiyasına təsirindən bəhs olundu. Fəridə Poladxanlı nağılların qorxu və stressin azalmasında, uşaqların yaradıcılıq qabiliyyətinin artırılmasında mühüm rol oynadığını vurğuladı.
İştirakçılara səsli nağıl nümunələrindən istifadə, qısa cizgi filmləri göstərmək, eyni zamanda sual-cavab və interaktiv yanaşmalarla yeni nağıl yaratmaq üsulları praktik formada təqdim olundu.
Təlimdə tələbələr və müəllimlər üçün faydalı olan innovativ metodlar nümayiş etdirildi və mövzu ətrafında qarşılıqlı müzakirələr aparıldı.
03-12-2025
03-12-2025
02-12-2025
02-12-2025