Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

15-01-2026

BQU əməkdaşı Nuranə Əliyevanın elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

BQU əməkdaşı  Nuranə Əliyevanın elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

 BQU “Pedaqogika” kafedrasının baş müəllimi Nuranə Əliyevanın “Demokratik məktəb modeli: tarixi, fəlsəfi və praktik perspektivlər” adlı elmi məqaləsi Azərbaycanın nüfuzlu elmi-metodik nəşrlərindən olan “Məktəbəqədər və İbtidai Təhsil” jurnalının 2025-ci il, №4 buraxılışında dərc edilib.

Məqalədə demokratik məktəb modelinin tarixi inkişaf mərhələləri, fəlsəfi əsasları və müasir təhsil mühitində praktik tətbiq imkanları elmi-nəzəri baxımdan təhlil olunub. Tədqiqat nəticələrində demokratik təhsil mühitinin şagirdlərin müstəqil düşüncə, sosial məsuliyyət, tənqidi və yaradıcı düşünmə bacarıqlarının formalaşmasında mühüm rol oynadığı əsaslandırılıb.

𝘔ə𝘵𝘣𝘶𝘢𝘵 𝘷ə 𝘪𝘤𝘵𝘪𝘮𝘢𝘪𝘺𝘺ə𝘵𝘭ə ə𝘭𝘢𝘲ə𝘭ə𝘳 şö𝘣ə𝘴𝘪

https://ppe-journal.edu.az/frontend/uploads/695d0d0209e34_1767705858.pdf

Digər xəbərlər

Bütün xəbərlər