Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

01-12-2025

BQU-da “Büllur düşüncələrin işığında” adlı ədəbi görüş keçirildi

BQU-da  “Büllur düşüncələrin işığında” adlı ədəbi görüş keçirildi

29 noyabr 2025-ci il tarixində Bakı Qızlar Universitetində yazıçı-dramaturq, kino-senarist, alim-filosof Ağarəhim Rəhimovun yaradıcılığına həsr olunmuş “Büllur düşüncələrin işığında” adlı görüş keçirildi. Tədbir universitetin himninin səsləndirilməsi ilə başladı.

Görüşdə əvvəlcə “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosenti İlham Məmmədli çıxış edərək, sənətkarın yaradıcılıq yolundan bəhs etdi.Ardınca həmin  kafedranın professoru İsmail Kazımov və “Tarix” kafedrasının əməkdaşı, dosent Natiq Qubadoglu da yazıçının yaradıcılığına yüksək qiymət verərək, öz ürək sözlərini bölüşdülər. Daha sonra Dram dərnəyi tərəfindən müəllifin “Taleyin hökmü” əsərindən səhnəcik nümayiş olundu.

“Filologiya-tarix” fakültəsinin tələbəsi, həmçinin TGT sədri  Şəhla Zeynalova Ağarəhim Rəhimov irsinin gənc tədqiqatçılar üçün əhəmiyyətini vurğulayan məqaləsini təqdim etdi.

 Tədbir “Səma” rəqs qrupunun rəngarəng kompozisiyası ilə davam etdi.

   Görüşün bədii hissəsində tələbələrin ifasında ədəbi-bədii kompozisiya səsləndirildi, ardından iştirakçı tələbələr yazıçıya suallarını təqdim etdilər

Sonda tələbələr müəllifə və tədbirin təşkilatçılarına təşəkkür edərək, görüşün onlarda dərin təəssürat yaratdığını bildiriblər. Tədbirin sonunda görkəmli  yazıçı Ağarəhim Rəhimovla birlikdə xatirə şəkilləri çəkdirildi.

Digər xəbərlər

Bütün xəbərlər