10-11-2025
01 noyabr 2025-ci il tarixində Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Cəmiyyəti İctimai Birliyinin 35 illik yubiley tədbiri keçirildi.
Tədbir 250-dən çox təhsil ictimaiyyətinin nümayəndəsinin – ali təhsil müəssisələrinin rəhbərlərinin, məktəb direktorlarının, müəllimlərin, QHT sədrlərinin və Təhsil Nazirliyinin nümayəndələrinin iştirakı ilə baş tutdu.
Yubiley tədbirində Bakı Qızlar Universitetinin rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, professor Sevinc Rəhimova və tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova iştirak etdilər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikası Təhsil Cəmiyyətini 35 illik yubiley münasibətilə təbrik edərək, birliyin yaranmasından bu günədək göstərdiyi maarifçilik fəaliyyəti və təhsil sahəsindəki xidmətlərini yüksək qiymətləndirdilər.
Yubiley mərasimində Təhsil Cəmiyyətinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi, həmçinin incəsənət məktəblərinin şagird və tələbələrinin ifasında musiqi və bədii kompozisiyalar təqdim olundu.
Tədbirin sonunda Təhsil Cəmiyyətinin fəal üzvlərinə fəxri fərmanlar, yeni üzvlərə isə “üzvlük vəsiqə”lər təqdim edildi.
12-11-2025
11-11-2025
11-11-2025
10-11-2025