26-05-2024
23 may 2024-cü il tarixində BQU-nun Xarici dillər kafedrasının dosenti Aynur Məmmədzadənin təşkilatçılığı ilə XD 1-21 qrupu “Practical Translation” fənninə dair açıq dərs keçirildi.
Universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova, “Xarici dillər” kafedrasının baş müəllimləri Ülkər Abdurəhmanova və Aytac Müslümzadənin iştirakı ilə keçirilən açıq dərsdə tərcümə prosesinin əhəmiyyəti barədə tələbələrə məlumat verildi. Sonra tələbələrin iştirakı ilə “Conversation club” və fənnin təqvim planına uyğun olaraq TOEFL lüğət ehtiyatı əsasında tərtib edilən test tapşırıqları və viktorina keçirildi. Həmçinin, tələbələrin ifasında ingilis yazıçısı Şarlotta Brontenin “Ceyn Eyr” əsərindən kiçik səhnə və “Breaking News” adlı xəbər verilişi nümayiş etdirildi. Bundan əlavə, tələbələr Azərbaycan kinoları “Babək” və “Ögey ana” filmlərindən fraqmentləri izləyərək, sinxron şəkildə ingilis dilinə tərcümə etdilər.
12-12-2024
12-12-2024
11-12-2024
09-12-2024