Haqqımızda Xəbərlər Elanlar Qalereya TV E-Kitabxana Məzunlar Əlaqə
Nəticə tapılmadı

16-05-2026

Bakı Qızlar Universitetində II Respublika Təhsil Forumu çərçivəsində elmi konfrans keçirilib

Bakı Qızlar Universitetində II Respublika Təhsil Forumu çərçivəsində elmi konfrans keçirilib

 Bakı Qızlar Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş II Respublika Təhsil Forumu çərçivəsində “İctimai-humanitar və təbiət-texniki ixtisaslar üzrə təhsilin müasir hədəfləri” mövzusunda elmi konfrans keçirilib.

Forum çərçivəsində 14 may 2026-cı il tarixində bakalavrların elmi konfransı təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Bakı Qızlar Universitetinin rektoru, professor Sevinc Rəhimova iştirakçıları salamlayaraq forumun və elmi konfransın əhəmiyyətindən danışıb, müəllim və tələbələrə uğurlar arzulayıb.

Daha sonra universitetin tərbiyə işləri üzrə prorektoru Aygün Cəfərova Bakı Qızlar Universitetinin Tələbə Elmi Cəmiyyətinin 2026-cı il üzrə fəaliyyəti haqqında hesabat xarakterli məruzə ilə çıxış edib.

Konfransın plenar iclasında müxtəlif mövzularda elmi məruzələr dinlənilib. Bakı Qızlar Universitetinin tədris şöbəsinin müdiri Ulduz Qəzvini yazıçı-dramaturq Ağarəhim Rəhimovun “Canavar balası” əsərində psixoloji məsələlərə toxunub. “Pedaqogika” kafedrasının müdiri, professor Həsən Bayramov “Bakı I Türkoloji Qurultayı ictimai-humanitar proses kimi” mövzusunda məruzə ilə çıxış edib. 

Ardınca tələbələr də müxtəlif aktual mövzular üzrə maraqlı təqdimatlarla çıxış edərək elmi fikir mübadiləsində fəal iştirak ediblər.Bununla yanaşı, tələbələr də fəal iştirak edərək müxtəlif aktual mövzular üzrə maraqlı təqdimatlarla çıxış edib, elmi fikir mübadiləsi aparıblar.

Konfransın birinci hissəsinin yekunundan sonra iştirakçılar bölmə iclaslarında elmi müzakirələri davam etdiriblər.

15 may tarixində isə forum çərçivəsində magistrantların elmi konfransı keçirilib. Magistrantlar təhsilin nəzəriyyəsi, pedaqogika, dilçilik və psixologiya istiqamətləri üzrə aktual mövzularla çıxış etdilər.

II Respublika Təhsil Forumunun proqramına uyğun olaraq 16 may tarixində müəllimlərin konfransı da keçirilib. “Müasir mərhələdə ali təhsilin hədəfləri: texnologiya, innovasiya, prioritetlər” mövzusuna həsr olunmuş konfransda Bakı Qızlar Universitetinin  Sosial-pedaqoji fakültənin dekanı, dosent İlahə Quliyeva, Filologiya-tarix fakültəsinin dekan müavini  Səyalə İmanova, “Xarici dillər” kafedrasının müdiri, professor Çingiz Qaraşarlı, həmin kaferdanın baş müəllim Ülkər Əbdürrahmanova , “Azərbaycan dili və ədəbiyyat” kafedrasının professoru Qüdsiyyə Qənbərova, “Psixologiya” kafedrasının baş müəllimi  Ayşən Salahova müxtəlif  mövzularda məruzələrlə çıxış ediblər. 

Konfrans çərçivəsində digər müəllimlər də aktual elmi mövzular üzrə çıxış edərək elmi müzakirələrə töhfə veriblər.

Digər xəbərlər

Bütün xəbərlər